Lüt çempionlar, 10 ildən sonra alınan çapıq və qənimətlə selfi - FOTOLAR
Bizi izləyin

İdman

Lüt çempionlar, 10 ildən sonra alınan çapıq və qənimətlə selfi - FOTOLAR

Sosial şəbəkələr idman dünyasının ulduzlarının da gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Məşhurlar sosial şəbəkələr vasitəsilə pərəstişkarları ilə əlaqə saxlayır, onların fikirlərini öyrənir, öz düşüncələrini bölüşürlər.

Təbii, ulduzların sosial şəbəkədəki sevimli “oyun”larından biri də şəkillər paylaşmaqdır. Dünya idmanının tanınmış simaları təkcə öz şəkilləri ilə diqqət çəkmirlər. Onlar ən müxtəlif mövzuları özündə əks etdirən şəkillər paylaşırlar. Ötən həftə də istisna olmadı. Dünya ulduzları “instaqram”da müxtəlif mənalar kəsb edən şəkillər paylaşdılar.

Publika.az ötən həftə idman ulduzlarının paylaşdığı ən maraqlı fotoları təqdim edir:

1. Tereza Nilsen - “Brondbyu”nun qadın futbolçuları Danimarka kubokunda qələbəni qeyri-adi şəkildə qeyd ediblər. Bu şəkil sonradan Nilsenin səhifəsindən silinib. Ancaq artıq gec idi, şəkil mətbuatın diqqətini cəlb etmişdi.

2. Tim Hovard - Amerikalı qapıçı istirahət etməyi də yaxşı bacarır.

3. Mariya Şarapova - Rusiyalı gözəlçə bu dəfə şokaladları test edib.

4. Devid Bekhem - Dünyanın ən gözəl məkanlarından birində.

5. “Real” - “Liverpul”la “Real”ın əfsanələri bir arada.

6. “Liverpul” - “Real”la oyunun taktiki sxemi.

7. Qaret Beyl - “Real”ın uelsli ulduzu bu gecəni heç vaxt unutmayacaq. Onun vurduğu qolla Uels Belçikaya qalib gəlib.

8. Pontus Vernblum - İsveçliyə 10 il lazım gəldi. Karyerasında ilk çapığı qazanmaq üçün.

9. Sten Vavrinka - “Rolan Qarros”un finalından 4 gün sonra. Qənimətlə selfi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm