Taekvondoçumuz: “Prezident zala gəldi, həyəcanlandım”
Bizi izləyin

İdman

Taekvondoçumuz: “Prezident zala gəldi, həyəcanlandım”

“Əlimdən gələni etdim ki, prezidentin qarşısında güclü idmançıya qalib gəlim”.

Publika.az-ın məlumatına görə, bu sözləri taekvondo üzrə yarışlarda finala vəsiqə Azərbaycan təmsilçisi Ayxan Tağızadə (-68 kq) deyib.

Taekvondoçu ölkə başçısının Bakı Kristal Zala daxil olduğunu döyüşə çıxmazdan əvvəl gördüyünü söyləyib: “Kamerada gördüm ki, cənab prezident zala gəldi, həyəcanlandım. Döyüşə çıxanda prezidentin oturduğu tərəfə baxmadım ki, həyəcanlanaram. Döyüş qurtarandan sonra prezidentə əl elədim. Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev demişdi ki, prezident sənin döyüşünə baxmağa gələcək. Ona görə də var gücümlə çalışdım ki, qələbə qazanım. Azarkeşlər çox sağ olsun, dəstəklədilər”.

Ötən ay rusiyalı rəqibinə uduzduğunu deyən A.Tağızadə A.Aleksey Denisenkonun taktikasına bələd olduğunu söyləyib: “Hücuma getsəydim, başıma vuracaqdı. Müəllimim tapşırığına əməl etdim, qalib gəldim”. Atası və şəxsi məşqçisi Əvəz Tağıyevin və taekvondo üzrə məşqçi qardaşının ona dəstək olduğunu deyən A.Tağızadə hər bir azarkeşə təşəkkür edib: “Döyüşümə anam da evdə baxır. Bilirəm, çox həyəcanlanır. Prezidentin gəlməsini, anamı, məşqçimi və azarkeşləri düşünüb daha əzmlə döyüşdüm ki, qalib gəlim. Avropa Oyunları mənim üçün tarixdir. Qızıl medal qazansam tarix yazmış olacağam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm