Rumıniyalı futbolçu «Qəbələ»də!
Bizi izləyin

İdman

Rumıniyalı futbolçu «Qəbələ»də!

2015/16 mövsümü öncəsi heyətini gücləndirməkdə davam edən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

Publika.az xəbər verir ki, mövsümlərarası fasilədə Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov, Aleksey Antonovu və Vojislav Stankoviçi heyətinə qatan “Qırmızı-qaralar” 10-cu transferini reallaşdırıb. Komandamız rumıniyalı futbolçu George Floresku ilə dünən axşam saatlarında 1,5 illik müqavilə imzalayıb.

31 yaşlı yarımmüdafiəçinin son komandası Rumıniyanın "Astra" klubu olub. Zəngin karyeraya malik futbolçu ardıcıllıqla "Universitatya" (Kluj, Rumıniya, 2001-2004), "Şerif" (Moldova, 2004-2006), "Torpedo" (Moskva, Rusiya, 2006-2007), "Mitdulland" (Danimarka, 2008-2010), "Alaniya" (Rusiya, 2010), "Arsenal" (Kiyev, Ukrayna, 2011-2013), "Astra" (Rumıniya, 2013), "Dinamo" (Moskva, Rusiya, 2013-2014) klublarının şərəfini qoruyub.

George Floresku ölkəsinin U-21 (11 oyun) və əsas milli komandalarının (11 oyun) formasını geyinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm