Ulduzlar ötən əsrdə nəyi və necə reklam ediblər? - FOTOLAR
Bizi izləyin

İdman

Ulduzlar ötən əsrdə nəyi və necə reklam ediblər? - FOTOLAR

Dünya futbolunun məşhur ulduzları təkcə meydandakı çıxışlarına görə milyonlar qazanmırlar.

Onlar həm də reklam müqavilələrindən xeyli qazanc əldə edirlər. Ünlü kompaniyalar futbol ulduzlarına ağlazığmaz miqdarda pul verirlər. Onların istehsal etdiyi malları reklam etmək üçün. Bəs əvvəllər necə olub? Futbolda bu qədər vəsaitin olmadığı bir vaxtlarda ulduzlar reklam sifarişləri alıblarmı? Alıblarsa, onlara buna görə nə qədər vəsait ödənilib? Ümumiyyətlə, ötən əsrdə futbolçular nəyi və necə reklam ediblər?

Publika.az oxuculara bu barədə məlumat verəcək.

Rikardo Samora - Ötən əsrin 20-ci illərində “Barselona” və “Real”ın şərəfini qorumuş əfsanəvi qapıçı ilk reklam təklifi alan futbolçulardandır. O, “Mercadal” şokaladlarını reklam edib. Ancaq buna görə pul yox, məhsul alıb. Üstəlik, həmin vaxt “Barselona” rəhbərliyi futbolçuların siqaret və spirtli içkiləri reklam etməsində də qəbahət görmürdü.

Leonidas - Əfsanəvi braziliyalı 1938-ci ildə keçirilən dünya çempionatında bombardir oldu. Bundan sonra şokalad istehsalçısı “Lacta” futbolçudan yararlanmaq qərarına gəldi. Və “Qara brilliant” şokaladları istehsal olundu. Buna görə Leonidasa 800 rial ödədilər. O, bu vəsaiti “Flamenqo”da 3 aya alırdı.

Alfredo di Stefano - Əfsanəvi futbolçu hələ “River Pleyt”də oynayarkən “Caravanas” siqaretini reklam edirdi. Amma o, “Real”da oynayarkən olduqca qəribə reklam sifarişi almışdı. Alfredo “Berkshire” kompaniyasının sifarişi ilə qadın corablarını reklam edirdi. Onun bu addımı “Real” rəhbərliyinin narazılığına səbəb oldu. İldə “Real”da 4 milyon peset qazanan futbolçu, bu reklama görə 150 min peset almışdı. Rəhbərlik futbolçudan reklam sifarişindən imtina etməyi tələb etsə də, Alfredo bu tələbi rədd etdi. Məcburiyyət qarşısında qalan “Real” rəhbərliyi kompaniya ilə danışıqlar apardı. Futbolçunun aldığı 150 min peset ödənildi və əməkdaşlıq dayandırıldı. Tezliklə “Real” azarkeşləri də bu biabırçı olayı unutdu.

Ferents Puşkaş - “Real”ın əfsanəsi Puşkaş Alfredo di Stefanonun yolu ilə getmədi. O, pivə reklamını daha məqbul hesab edirdi.

Frants Bekkenbauer - Almaniya futbolunun əfsanəsi indi də reklamdan pis qazanmır. İldə təxminən 5 milyon avro. Ona ilk reklam sifarişini isə “Knorr” vermişdi. Kayzer bu əməkdaşlıqdan 12 min marka qazanmışdı. Hə, onu da deyək ki, indi az qala hamının içdiyi alkaqolsuz pivəni ilk dəfə Bekkenbauer reklam edib. 1974-cü ildə keçirilən dünya çempionatından əvvəl.

Pele - Braziliya futbolunun əfsanəsi “Santos”da ayda 10 min dollar qazanırdı. O vaxtın parametrlərinə görə olduqca yaxşı məbləğ idi. Bununla belə, Pele oyuncaqların, paltarların. ərzaqların reklamından da yaxşı qazanırdı. Buna görə “Puma” ona 5 min, “Ray-O-Vac” isə 4 min dollar ödəmişdi.

Yohan Kroyff - Hollandiya futbolunun əfsanəsi də yaxşı reklam təklifləri alırdı. O, bu təkliflərdən ayda təxminən 20 min dollar qazanırdı.

Dieqo Maradona - Argentina futbolunun əfsanəsi bu işə televizor və diş məcunlarının reklamı ilə başlayıb. Daha sonra isə “McDonalds”la əməkdaşlıq edib.

Mişel Platini - UEFA prezidenti əvvəlcə portağal şirəsini reklam edib. Sonra isə avtomobil reklamında çəkilib. Onun reklam etdiyi avtomobili indi hansısa kolleksiyaçının qarajında tapmaq olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm