İKT
"Əpl"dən daha bir məhsul - "Ağıllı" diş fırçası - - FOTO/VİDEO
Dünyanın ən məşhur texnologiya şirkətlərindən olan "Əpl" "Colgate" şirkəti ilə yeni əməkdaşlığa başlayıb.
Publika.az xəbər verir ki, müqaviləyə əsasən "Colgate" şirkəti yalnız “Apple” şirkətinin mağaza və saytlarında satışa çıxarılacaq “ağıllı” “E1” diş fırçasını təqdim edib.
"Ağıllı" fırça “Colgate Connect” mobil əlavəsinin köməyilə “iOS” əməliyyat sistemi ilə işləyən qurğuları dəstəkləyir.
Bunun sayəsində insanlar dişlərini fırçalayan zaman bütün prosesləri səsli sistem vasitəsi ilə eşidir. Belə ki, fırça dişləri necə təmizləməsi, ağız boşluğunun vəziyyəti ilə bağlı istifadəçiyə məlumat verir.
“Colgate E1” fırçası dünyada ilk deyil. Bu cür məhsulların istehsalı ilə məşğul olan “Kolibree” şirkəti mövcuddur. "Colgate” şirkətinin hazırladığı məhsulda məhz bu şirkətin istehsalları əsasında hazırlanıb.
Fırçaların funksiyaları və ən önəmlisi qiymət fərqi var. Belə ki, “Colgate E1” fırçasının “Apple Store” mağazasında qiyməti 99 dollar təşkil etdiyi halda “Android” əməliyyat sistemli qurğuya qoşulma imkanına malik “Ara” fırçası 129 dollara satılır.
Könül Cəfərli
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?