İKT
Bu şəxslər Vatsapa GİRƏ BİLMƏYƏCƏK: İNANILMAZ YENİLİK GƏLİR
Məşhur Vatsap (Whatsapp) messenceri istifadəçilərə daha bir yenilik gətirəcəyi ilə bağlı məlumat yayıb.
Publika.az xəbər verir ki, messencerin qaydalarına dəyişiklik ediləcəyi və istifadəçilər üçün yaş məhdudiyyətinin 13 yaşdan 16 yaşa qədər artırılacağı ilə bağlı məlumat yayılıb. Sözügedən qaydaların may ayının 25-dən etibarən Avropa ölkələrində tətbiqinə start veriləcəyi də deyilir.
Qüvvəyə minəcək olan GDPR (General Data Protection Regulation -
Ümumi Məlumat Qoruma Qanunu) adlı məlumat qoruma sistemi
texnologiya şirkətlərini Aİ ölkələrindəki göstərici praktikalarını
böyük ölçüdə dəyişməyə məcbur edəcək.
Yeni versiyanın aktivləşdirilməsi ilə 16 yaşından kiçik olan
şəxslərin Vatsap messecerindən istifadəsi qadağan olunacaq. Hazırda
isə bu məhdudiyyət 13 yaş olaraq müəyyənləşdirilib. Bütün bunlar,
eləcə də digər dəyişikliklər Vatsapın təzələməyə hazırlandığı
istifadə şərtlərinin yayımlanması ilə hər kəsə bəlli olacaq.
Bundan başqa Feysbuk sosial şəbəkəsinin İcraçı Direktoru Mark Zukerberq ötən həftə ABŞ Senatında verdiyi ifadələrində əhəmiyyətli bir mövzuya toxunub. O bildirib ki, qanunlar mövzusunda işini şansa buraxmayacaq və Avropa miqyasında istifadəçilərin şəxsi məlumatlarını GDPR sistemi qoruyacaq.
Könül Cəfərli
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ