• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” sisteminin tətbiqi genişləndirilir

Daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” sisteminin tətbiqi genişləndirilir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2015-ci ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Publika.az komitəyə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanda torpaqlardan istifadə və onların mühafizəsinə nəzarət üzrə dövlət müfəttişi statusu müəyyən edildiyi diqqətə çatdırılıb. Komitənin şəhər və rayonlar üzrə dövlət müfəttişləri bütün respublika üzrə torpaq qanunvericiliyinə riayət olunmasına nəzarət edəcəklər.

Qeyd olunub ki, yeni Əsasnamə ilə müəyyən edilmiş vəzifə və funksiyaların icrası ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilməyə başlanıb. Torpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətin koordinasiyası məqsədilə Regional İşgüzar Forumlara start verilib. Bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində işlər aparılır. Torpaqların elektron informasiya sisteminin yaradılması ilə bağlı mütərəqqi beynəlxalq təcrübə öyrənilir və bu prosesə beynəlxalq ekspertlər cəlb olunur.

Bildirilib ki, torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində tədbirlər gücləndirilib. Torpaq sahələrinin dəqiq sərhədlərinin təyin edilməsi, koordinat uyğunsuzluqlarının aradan qaldırılması istiqamətində daha effektiv tədbirlərin həyata keçirilməsinə başlanıb.

Qeyd edilib ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 2015-ci ilin əvvəlində 3 SMS xidmət istifadəyə verilib. Ümumilikdə isə Komitənin fəaliyyət istiqamətləri üzrə göstərdiyi 31 elektron xidmət vasitəsilə 227 minə yaxın elektron müraciət daxil olub. 2015-ci ildə mobil ofis xidmətləri vasitəsilə respublika üzrə vətəndaşlardan 45500 müraciət qəbul edilib. Qeydiyyat sahəsində komitənin sosial tədbiri olan “Kütləvi çıxarış” kampaniyası çərçivəsində ümumilikdə 3800-ə yaxın vətəndaşın mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz edilib. Müşavirədə daşınmaz əmlakın qeydiyyatı, kadastrı və ünvan reyestri ilə bağlı tapşırıqlarını da səsləndirilib.

Komitənin sədri Kərəm Həsənov bildirilib ki, qeydiyyatın aparılmasında “bir pəncərə” prinsipinin tətbiqi tam təmin olunmalı, vətəndaşların müraciətləri operativ həll edilməlidir. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı elektron xəritələrdən istifadə etməklə onların təyinatının müəyyənləşdirilməsi üçün nəzarət təmin olunmalıdır. Mühafizə zonalarında torpaq sahələrindən istifadə ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunması üzrə ardıcıl nəzarət tədbirləri həyata keçirilməlidir. Mobil ofis xidməti, “Kütləvi çıxarış” kampaniyası, elektron və onlayn xidmətlərin göstərilməsində keyfiyyət və vətəndaş məmnunluğunun yüksəldilməsi təmin edilməlidir.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR