Ölkədə benzin istehsalı azalıb - CƏDVƏL
Bizi izləyin

Ekopublika.az

Ölkədə benzin istehsalı azalıb - CƏDVƏL

2015-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 1,48 milyon ton dizel yanacağı istehsal olunub ki, bu da 2014-cü ilin analoji dövründəki göstəricidən 21,7 faiz çoxdur.

Publika.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin yanvar-iyun aylarının yekunları üzrə hesabatında deyilir.

Hazırda Azərbaycanda yanacağa olan tələbatın artması ilə əlaqədar ölkədə neft məhsullarının yeganə istehsalçısı SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mövcud emal zavodlarının modernləşdirilməsi üzrə işlər görür.

Ümumilikdə bu ilin yanvar-iyun aylarında Azərbaycanda təqribən 3,1 milyon ton neft məhsulları istehsal olunub. 2014-cü ilin analoji dövründə bu rəqəm 2,2 milyon tondan çox olub.

Azərbaycanda neft məhsullarının istehsalının ümumi cədvəli:

Neft məhsullarının istehsalı

2015-ci ilin yanvar-iyun ayları (tonla)

2014-cü ilin yanvar-iyununa nisbətdə (faizlə)

Avtomobil benzini

564,7

99

Nafta

98,4

127,1

Kerosin

319,4

100,5

Dizel yanacağı

1475,2

121,7

Qazoyl

477,5

2,8 dəfə

Mazut

45,6

34,9

Sürtkü yağı

10,2

48,3

Neft bitumu

69,2

56,2

Oxumağa davam et
Reklam
Reklam

Gündəm