Ekopublika.az
SOCAR Ukraynada yanacaqdoldurma məntəqəsi açdı
Ukraynada SOCAR brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. Kompleks Kiyevin şimal girişində paytaxtın mərkəzinə gedən yolun üzərində-nəqliyyatın ən sıx olduğu yerdə açılıb.
Publika.az SOCAR-a istinadən xəbər verir ki,
YDM 4 yanacaqdoldurma qurğusu ilə təchiz olunub. Burada eyni
zamanda səkkiz avtomobili yanacaqla təmin etmək imkanı var. Neft
məhsullarının çeşidi А-95 Nano, А-98 Nano, Nano dizel yanacağı,
həmçinin Aвро-5 ekostandartına uyğun A-95 и А-92 benzinlərindən
ibarətdir. Müştərilərin rahatlığını təmin etmək məqsədilə YDM-də
təkərlərin doldurulması, avtomobilin su təchizatı, wi-fi, mobil
telefonların enerji təminatı kimi pulsuz xidmətlər göstərilir.
Kompleksin ərazisində kafe və mağaza da var.
Ödəniş nağd, bank və yanacaq kartları, Level bonus kartları ilə
həyata keçirilir. YDM SOCAR-ın yeni loqotipi ilə fəaliyyət
göstərəcək. Şirkətin Ukraynadakı digər yanacaqdoldurma
komplekslərinin də loqotipi dəyişdirilir.
Qeyd edək ki, Ukraynanın 27 yaşayış məntəqəsində SOCAR brendi ilə
53 YDM fəaliyyət göstərir. Şirkətin aktivləri Kiyev, Odessa, Lvov,
Nikolayev, Roven, Çerkassı, Xarkov, Xmelnitski və Poltava
vilayətlərində yerləşir. YDM-lərdə Polşa, Litva və Belarusun emal
zavodlarında Avro-4, Avro-5 ekostandartlarına uyğun istehsal
olunmuş neft məhsulları reallaşdırılır.
Gülnar Əliyeva
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirilir
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq