Ekopublika.az
Kredit almaq daha da sərtləşdirildi
Bundan sonra banklardan kredit götürən vətəndaşlar məcburi qaydada götürdüyü məbləğin beş faizi miqdarında “Həyat sığortası” ödəməli olacaqlar.
Publika.az xəbər verir ki, Mərkəzi Bank bununla bağlı ölkədə fəaliyyət göstərən banklara məktub ünvanlayıb.
Məktubda banklardan “Həyat sığortası” tətbiq etmək, bununla riskli ödənişləri aradan qaldırmaq tələb olunur.
Yeri gəlmişkən ekspertlər Mərkəzi Bankın qərarını banklardakı maliyyə böhranı ilə izah edirlər. İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, vətəndaşların banklara ödəməli olduğu kreditlərdə gecikmələr var. Mərkəzi Bank çıxış yolu olaraq “Həyat sığortası”nı tətbiq etmək qərarını verib. Artıq bu gündən sonra banklardan kredit götürən vətəndaşlar məcburi qaydada “Həyat sığortası” paketini almalı olacaqlar. Əvvəllər vətəndaş bankdan kredit götürəndə yalnız bir faiz komision haqqı ödəyirdisə, artıq götürdüyü məbləğin beş faizi həcmində “Həyat sığortası” ödənişini etməyə məcbur olacaqlar.
Məlum olur ki, “Həyat sığortası”nın tətbiqi vətəndaşın rəhmətə getdiyi halda kreditin qaytarılması üçün tərəfin müəyyən edilməsi məqsədi daşıyır: ”Borcalan həyatını dəyişdiyi halda sığiorta şirkəti ödəniş edəcək”.
V.Bayramov deyir ki, bu gün problemli kreditlərin həcmində dünyasını dəyişdiyinə görə, qaytarılmayan borcların həcmi cüzidir: "Struktura nəzər yetirdikdə aydın olur ki, dünyası dəyiməyə görə qaytarılmayan kreditlərin həcmi azdır”. Onun qənaətincə, yeni qaydanın müsbət tərəfləri də var. Belə ki, ailəni krediti qaytarmaq riskindən azad edir.
İqtisadiyyat şöbəsi
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO