Qazaxıstanda valyutadəyişmə məntəqələri bağlandı
Bizi izləyin

Ekopublika.az

Qazaxıstanda valyutadəyişmə məntəqələri bağlandı

Qazaxıstanda valyutadəyişmə məntəqələri bağlanıb.

Publika.az “Tengrinews”-a istinadən bildirir ki, buna səbəb tenqenin digər valyutalara nisbətdə dəyərsizləşməsidir. Hazırda ölkədə 1 dolların satışı 254-255 tenqedən, alışı 252-253 tenqedən reallaşdırılır.

Qeyd edək ki, Qazaxıstanın milli valyutası ölkə rəhbərliyinin "üzən məzənnə"yə keçməsini elan etdikdən sonra dollara münasibətdə 26% dəyərini itib. Qazaxıstanın yeni pul-kredit siyasəti haqqında isə hökumət başçısı Kərim Məsimov belə deyib: “Milli Bank və hökumət bu ilin avqustun 20-dən inflyasiyanın hədəflənməsi və valyuta dəhlizini ləğv etmək məqsədilə yeni iqtisadi siyasətə keçməklə bağlı qərar qəbul edilib. Tenqenin mübadilə məzənnəsinin dəyişməsi dünya iqtisadiyyatında baş verən proseslərdən asılı olacaq”.

İyulun ortasında Qazaxıstanın milli bankı tenqenin mübadilə kursunun dəyişməsi dəhlizini 1 dollar üçün 170-188 tenqedən 170-198 tenqeyə qədər genişləndirmişdi. Bu xarici konyukturanın pisləşməsi və ən əsası neftin qiymətinin ucuzlaşması ilə motivasiya edilmişdi.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm