İşsizlərin sayı açıqlandı
Bizi izləyin

Ekopublika.az

İşsizlərin sayı açıqlandı

2015-ci ilin yanvar-iyul aylarında bir işçiyə düşən orta aylıq iş saatlarının miqdarı 150,1 saat təşkil edib.

Publika.az xəbər verir ki, 2015-ci il sentyabrın 1-ə olan ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 4884,1 min nəfər olub. Onlardan 4648,4 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib. Cari il avqustun 1-ə muzdla işləyənlərin sayı 1508,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 877,3 min nəfər, qeyri-dövlət sektorunda isə 630,7 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 35,4 min nəfər, qeyri-neft sektorunda isə 1472,6 min nəfər çalışıb. 2015-ci il sentyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,0 min nəfər olub.

Onların 38,7 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 250,8 manat olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm