Avtomobil idxalı kəskin azalıb
Bizi izləyin

Ekopublika.az

Avtomobil idxalı kəskin azalıb

2016-cı ilin yanvar – aprel ayları ərzində Azərbaycana cəmi 1 742 ədəd nəqliyyat vasitəsi idxal olunub.

Publika.az xəbər verir ki, bu, ötən ilin ilk 4 ayı ilə müqayisədə 7,4 dəfə azdır. 2016-cı ilin yanvar-aprel aylarında 24 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri (avtobuslar), 1509 ədəd minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 152 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 57 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

Ötən ilin ilk 4 ayı ilə müqayisədə minik avtomobillərinin idxalı 7,8 dəfə azalıb. Belə ki, ötən ilin yanvar-aprel aylarında ölkəmizə 11 740 ədəd minik avtomobili idxal olunmuşdu.

Bu ilin yanvar ayında cəmi 437 ədəd, fevral ayında 384 ədəd, mart ayında isə 541 ədəd, aprel ayında isə 380 ədəd nəqliyyat vasitəsi idxal olunub. Mart ayında idxal olunmuş minik avtomobillərinin sayı 274 ədəd təşkil edib. Apreldə 498 ədəd minik avtomobili idxal olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm