Ekopublika.az
İstehlak bazarında 850 kq-dan çox yararsız ərzaq malları aşkar edilib
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının
Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqləri davam
etdirir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, Bakının Səbail, Sabunçu,
Qaradağ, Binəqədi, Yasamal rayonlarında, Sumqayıt, Gəncə, Xırdalan,
Şəki, Şamaxı, Bərdə, Saatlı, Yevlax, Sabirabad, Xaçmaz, Cəlilabad,
Ağsu, Yardımlı, Tərtər şəhərlərində, eləcə də Samux, Füzuli
rayonlarında aparılan növbəti yoxlamalar zamanı ümumilikdə 850
kq-dan artıq saxlama müddəti ötmüş və ya normativ sənədlərin
tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan
çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar
Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların
satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli
telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının
Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat
Mərkəzinə məlumat vermələri xahiş olunur.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər