"Bulud" texnologiyaları əsasında bələdiyyə vergilərinin yığımını avtomatlaşdırılacaq
Bizi izləyin

Ekopublika.az

"Bulud" texnologiyaları əsasında bələdiyyə vergilərinin yığımını avtomatlaşdırılacaq

Vergilər Nazirliyi "bulud" texnologiyaları əsasında bələdiyyə vergilərinin yığımını avtomatlaşdıracaq. Bu barədə nazirlikdən məlumat verilib.

Əməliyyatlar Azərbaycanın "Cybernet" IT şirkətinin hazırladığı bələdiyyələrin avtomatlaşdırılmış vergi informasiya sisteminin platformasında aparılacaq.

Nazirlik hazırda bələdiyyə vergiləri və ödənişlərinin elektron uçotunun tətbiq edilməsi üzrə pilot layihə reallaşdırır. Layihəyə 8 bələdiyyə cəlb edilib ki, onlardan beşi Bakının Binəqədi rayonunda, qalanları isə Sumqayt şəhərində, Abşeron rayonunun Saray qəsəbəsində və Şəmkir rayoununda yerləşir. Pilot layihə ilin sonunadək reallaşdırılacaq.

Layihə çərçivəsində vergi ödəyicilərinin uçotu sisteminin avtomatlaşdırılması və mərkəzləşdirilməsi, şəhadətnamə və identifikasiya nömrələrinin verilməsi, bələdiyyə gəlirlərinin onlayn ödənişinin tətbiqi və daxili sənəd dövriyyəsi sisteminin yaradılması nəzərdə tutulur.

"Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında" qanuna edilmiş dəyişikliklərə əsasən, bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır. Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm