Ekopublika.az
Səudiyyədən 35 milyon dollarlıq kredit
Azərbaycan və Səudiyyə Ərəbistanı kredit sazişi imzaladılar.
İyulun 3-də Nazirlər Kabinetində Azərbaycan
Respublikası və Səudiyyə İnkişaf Fondu arasında “Xırdalan şəhərinin
su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və
genişləndirilməsi” layihəsi üzrə Kredit Sazişi imzalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat
xidmətindən məlumat verilib.
“Azərbaycan hökuməti müxtəlif sahələri əhatə edən infrastruktur
layihələrinin icrasında beynəlxalq maliyyə qurumlarının, o cümlədən
Səudiyyə İnkişaf Fondunun kreditlərindən istifadə edir. İndiyə
qədər Fond ölkəmizdə su, yol, təhsil sahələrini əhatə edən 4
layihəyə güzəştli şərtlərlə maliyyə vəsaiti ayırıb. Bu gün isə
Abşeron rayonu Xırdalan şəhərinin sosial-iqtisadi inkişafına töhfə
verəcək bir layihənin maliyyələşdirilməsi üzrə saziş imzalanıb”, -
baş nazirin müavini Abid Şərifov bildirib.
“Azərsu ”ASC-nin məlumatına görə, sazişə əsasən, Səudiyyə İnkişaf
Fondu “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin
yenidən qurulması və genişləndirilməsi” layihəsinə güzəştli
şərtlərlə 35 milyon dollar kredit ayıracaq.
Ümumi dəyəri 75 milyon dollar olan layihənin qalan hissəsini
Azərbaycan hökuməti maliyyələşdirəcək.
Qeyd edək ki, “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya
sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi 2035-ci
ilədək perspektiv inkişaf nəzərə alınmaqla 190 mindən artıq sakinin
dayanıqlı içməli su ilə təmin edilməsinə hesablanıb.
Layihə çərçivəsində Xırdalan şəhərində ümumi tutumu 60 min kubmetr
olan 3 ədəd su anbarı tikiləcək, istehlakçıları mərkəzləşdirilmiş
qaydada içməli su ilə təmin etmək məqsədi ilə müxtəlif diametrli
polietilen və polad borularla 178,5 km uzunluğunda su şəbəkəsi
yaradılacaq, hər bir ünvana ev birləşməsi verilərək smart-kart
sayğaclar quraşdırılacaq.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR