• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ermənistanın ÜDM-in 56 faizi həcmində borcu var

Ermənistanın ÜDM-in 56 faizi həcmində borcu var

“Ermənistanın xarıcı borcu artıq 6 milyard dollara çatıb və ümumi daxili məhsulun (ÜDM) 56 faizi deməkdir”.

Bunu Publika.Az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. O deyib ki, 2013-cü ildə sözügedən ölkdə ÜDM-də artım 3.5 faiz olduğu halda xarici borc 5 faizdən çox artıb: “Bu ölkənin xarici borcunun 85.2 faizi dövlət borcudur ki, bu da düşmən dövlətinin xarici asıllığının daha da dərinləşməsinə gətirib çıxarır. Başqa tərəfdən, bu gün Ermənistanda dünyaya gələn hər bir uşaq 2100 dollara yaxın xarici borc ilə dünyaya gəlir”.

V.Bayramov deyib ki, Ermənistan digər ciddi problemlərdən biri yoxsulluq həddidir: “Mərkəzi Bankının hesablamalarına görə, təqaüdçülərin 60 faizindən çoxu yoxsulluq həddində yaşayır. Rəsmi statistikada ölkə əhalisinin 23.4 faizi yoxsulluq həddində yaşadığı öz əksini tapsa da, BMT-nin İnkişaf Proqramının hesabatına əsasən bu göstərici 48 faizə bərabərdir. Hətta rəsmi statistika belə Ermənistanda hər 4 nəfərindən 1-nin yoxsul həddə yaşadığını göstərir. Digər tərəfdən, söhbət sadəcə Dünya Bankının qiymətləndirmələrinə əsasən gündəlik gəliri 2 dollardan az olan insanlardan gedir. Halbuki, BMT-nin son metodologiyası Ermənistan əhalisinin yarıdan çoxunun yoxsulluq həddində yaşadığından xəbər verir”.


Ermənistanda rəsmi işsizlik səviyyəsinin 15.9 faiz olduğunu bildirən V.Bayramov qeyd edib ki, beynəlxalq hesabatlarda bu rəqəm 36 faizə yaxın göstərirlir: “Həm rəsmi, həm də beynəlxalq hesabatlar sözügedən ölkədə işsizliyin əsas sosial problemlərdən olduğunu göstərir. İşsizlik problemi eyni zamanda Ermənistanda ölkəni tərk edənlərin sayındakı artımda özünü göstərir. Bu isə düşmən ölkədə demoqrafik vəziyyətin heç də yaxşı olmadığından xəbər verir.Göründüyü kimi, Ermənistan hakmiyyəti bu ölkə üçün heç də yaxşı vəziyyətə gətirib çıxarmayıb: xarici borc asıllığı artır, yoxulluq dərinləşir, insanlar iş tapa bilmir. Belə olan halda isə, rəsmi Yerevan hakimiyyətinin ömrünü təmas xəttində atılan güllələr hesabına uzatmağa çalışır”.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR