İcbari sığorta üzrə 7,8 milyon manat daxil olub
Bizi izləyin

Ekopublika.az

İcbari sığorta üzrə 7,8 milyon manat daxil olub

Bu ilin iyul ayında 99,307 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub. Bunların 21,4 minə qədərini xarici ölkədə qeydiyyata alınan və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

Publika.Az-a İcbari Sığorta bürosundan verilən məlumata görə, göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 7,8 milyon manatı ötüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 36,7%, sığorta haqlarının məbləğində 40,85 % artım müşahidə edilib.

Ümumilikdə cari ilin ilk 7 ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 515,7 mindən çox sığorta müqaviləsi bağlanılıb. Müqavilələr üzrə toplanılan sığorta haqlarının məbləği 38,07 milyon manat təşkil edib. 2014-cü ilin ilk 7 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 0,86 %, sığorta haqlarının məbləğində isə 0,53 % artım müşahidə olunub.

Cari ilin iyul ayında orta sığorta haqqı 79,26 manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,34 (iki manat otuz dörd qəpik) manat çoxdur.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm