Ekopublika.az
Yumurta 21,6 faiz bahalaşıb
İyul ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,6 faiz, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri müvafiq olaraq 7,4 və 3,5 faiz ucuzlaşıb. Diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,4 faiz bahalaşıb.
Publika.az xəbər verir ki, birillik bitkilərdən açıq-sarı qarğıdalının istehsalçı qiymətləri 29,4 faiz, qarğıdalı dəninin 22,6 faiz, tərxunun 18,8 faiz, yoncanın 5,2 faiz, quru otun istehsalçı qiymətləri 2,4 faiz bahalaşıb. Pomidorun 32,6 faiz, payızlıq bərk buğda toxumunun 27,5 faiz, bibərin 25,5 faiz, qarpız və yemişin 21,4 faiz, noxudun 20,0 faiz, badımcanın 15,6 faiz, baş sarımsağın 12,5 faiz, payızlıq arpa dəninin istehsalçı qiymətləri isə 8,9 faiz ucuzlaşıb.
Çoxillik bitkilərdən şaftalının 23,2 faiz, gavalı və göyəmin 18,5 faiz, alçanın 15,8 faiz, armudun 14,0 faiz, almanın 11,8 faiz, albalı və gilasın 11,2 faiz, fındığın istehsalçı qiymətləri 10,8 faiz ucuzlaşıb. Morrq və böyürtkənin 79,4 faiz, süfrə üzümünün 43,4 faiz, limonun istehsalçı qiymətləri 12,9 faiz qalxıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurtanın 21,6 faiz, arı ailəsinin 14,3 faiz, dişi dananın 2,9 faiz, cöngənin 2,4 faiz, təbii balın istehsalçı qiymətləri 0,9 faiz bahalaşıb. Erkək qazın 22,2 faiz, yumurtalıq-ətlik və ətlik cinsli toyuqların 11,1 faiz, donuz ətinin (diri çəkidə) 10,1 faiz, qoyun və keçilərin qırxılmış, yuyulmamış yununun isə istehsalçı qiymətləri 2,4 faiz ucuzlaşıb.
Ay ərzində balıq və sair balıqçılıq məhsullarının və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində əvvəlki ayla müqayisədə heç bir dəyişiklik müşahidə olunmayıb.
İqtisadiyyat şöbəsi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO