Sanksiyalar göylərə qədər gedib çıxdı
Bizi izləyin

Ekopublika.az

Sanksiyalar göylərə qədər gedib çıxdı

Avropa Birliyinin bir neçə gündür davam edən iqtisadi sanksiyalarına Rusiya hökumətindən cavab gecikmədi.

Belə ki, Asiyayaya uçuşlar zamanı Rusiya hava sahəsini istifadə edən Avropa hava yolları şirkətlərinin səfərlərinin ləğv edilməsi məsələsi gündəmə gəlib.

Publika.az “Vedomosti”yə istinadən bildirir ki, avropalı şirkətlərinin uçuşları ya məhdudlaşdırılacaq, ya da tamamilə ləğv ediləcək. Rusiyanın sanksiyaları siyahısında “Air France”, “Luftansa”, “Britsh Airways” kimi bir çox avropalı şirkətlər yer ala bilər.

Ekspertlərin qiymətləndirmələrinə görə, Avropa hava şirkətlərinin Şimal xətti üzərindən uçuşu uçuş saatlarını 3-4 saat uzadacaq: “Məsələn, əvvəllər Tokiyoya uçuş 12 saat idisə, bu vaxt indi 16-17 saata qədər uzanacaq. Bunun nəticəsində aviabiletlərin qiymətinin 50-70 faiz qaldırılması gözlənilir”.

Avropalı ekspertlər isə Rusiyanın sanksiyalarının “Aeraflot”un özünə sərf etmədiyini bildirir. Onların əsaslandırmasına görə, şirkət Sibir uçuşlarından aldığı 180-300 milyon dollar arası gəlirdən məhrum olacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm