İlin əvvəlindən yalnız martda ipoteka krediti verilib - Özəl
Bizi izləyin

Ekopublika.az

İlin əvvəlindən yalnız martda ipoteka krediti verilib - Özəl

Güzəştli ipoteka kreditlərinin verilişində fasilə yaranıb. İlin əvvəlindən yalnız mart ayında 10 milyon manat kredit ayrılıb.

Publika.az Mərkəzi Bankın statistik məlumatlarına istinadən xəbər verir ki, nə ilin dördüncü, nə beşinci, nə də altıncı ayında kreditləşmə həyata keçirilməyib. Xatırladaq ki, analoji praktika ötən büdcə ilində də baş verib. Dövlət hesabına ipoteka kreditlərinin verilişi 2 dəfəyə həyata keçirilib. 10 milyon manat həcmində kredit mart ayında, 10 milyon manat kredit isə iyul ayında təqdim edilib. Ümumiyyətlə, İpoteka Fondu və banklar son 3 ildir ki, bu metodla işləyirlər. Halbuki 2011-ci ildə kredit üçün büdcədən ayrılan vəsait aylar üzrə bölünərək təqdim edilirdi.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm