Türkiyə bu işi İranla iş görəcək
Bizi izləyin

Ekopublika.az

Türkiyə bu işi İranla iş görəcək

Türkiyə Azərbaycanla deyil İranla görəcək

İrandan yenicə qayıdan Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan, 2015 –ci ildə hədəflərinə çata bilmək üçün İran ilə strateji iş Şurasının üzvlərini toplayacağını söyləyib.

Baş Nazir Ərdoğan, İran ilə qızıl ticarətinin embarqo əhatəsinə girməsindən sonra, ticarətin ciddi şəkildə düşdüyünü və tarazlığın Türkiyə əleyhinə dəyişdiyini xatırladıb. Baş Nazir, həmçinin 2015 –ci ildə hədəfinə çata bilmək üçün İranla strateji əməkdaşlıq şurası toplayacağınıda açıqlayıb.

Ərdoğanın, Tehrana səfəri zamanı Azərbaycan və Rusiya təbii qazından bahalı olan İran təbii qazınının, qiymət endirimini istəyib və İranın da bu endirimə isti baxdığını açıqlayıb.

Baş Nazir, Tehrandan dönərkən jurnalistlərin suallarını belə açıqlayıb: “İran ilə 2012-ci ildə hədəflərimizə çatma nöqtəsində yaxşı idik. Təxminən 21.5 milyard dollarlıq bir rəqəmə imza atmışdıq.

Lakin 2013 –cü ildə, 35% faizlik eniş haqqında danışılıb. Çünki bizim İrana ən əhəmiyyətli ixracatımız işlənmiş qızıldır və təxminən 6-7 milyard dollar qızıl ixracı edirdik. Bu haradasa yox nöqtəsinə gəlib”.

Baş Nazir Ərdoğan, ziyarətində ayrıca təbii qaz mövzusunun da gündəmə gəldiyini ifadə edib. “Məlumdur ki, Hal-hazırda İranın qiymətləri , Azərbaycan və Rusiya qiymətlərinə görə bir az daha çoxdur. Bu mövzu ilə bağlı görüşdük.

Onlar, lazımlı endirimi edəcəklərini ifadə etdilər. Bununla əlaqədar olaraq energetika Nazirliyinə təlimatı təkrar verdik. Energetika Nazirliyinin görüşü zamanı, qiymətlərin nə qədər aşağı enə biləcəyini görəcəyik”.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm