Amerikanın “cənnətindən” qovulmuşların 8,4 milyard avroluq razılaşması
Bizi izləyin

Ekopublika.az

Amerikanın “cənnətindən” qovulmuşların 8,4 milyard avroluq razılaşması

Tehranda keçirilən Rusiya və İran 11-ci hökumətlərarası komissiyanın toplantısında tərəflər iqtisadiyyatın müxtəlif sahələrində razılığa gəliblər. Hansı ki investisiyanın ümumi dəyəri 8,4 milyard avro proqnozlaşdırılır.

Publika.az xəbər verir ki, müqaviləyə əsasən Rusiya və İran öz milli valyutalarından istifadə etməyi planlaşdırır. Danışıqların əsas mübahisəli tərəfi Rusiyaya İran neftinin idxal ediləcəyi idi.

Lakin Rusiyanın energetika naziri Aleksandr Novak ölkəsinə İran neftinin idxalının müzakirə mövzusu olmadığını bəyan etdi. Onun sözlərinə görə, sadəcə, İran neftinin realizə edilməsində rus treyderlərinin iştirakı ilə bağlı təkliflər var.

Xatırladaq ki, “Reuters” bu əməkdaşlıq haqqında İran neftinin Rusiya məhsullarına dəyişdiriləcəyi deyə bəhs edirdi. Bildirilirdi ki, İran sutkada Rusiyaya 500 min barrel neft ixrac edəcək. Bunun əvəzində Rusiyadan məhsul və texnika idxal edəcək. Razılaşmanın aylıq dövriyyəsi isə 1,5 milyard dollar qiymətləndirilirdi.

Rusiyanın energetika naziri Aleksandr Novak hələlik İrandan neft ixracatının nəzərdə tutulmadığını deyir: “Lakin təklif var ki rus treyderləri İran neftinin satışını həyata keçirsin. Hələki bunu müzakirə etmirik. Nəzəri baxımdan belə bir şey mümkünsuz deyil, perspektiv var. İran neftini özü realizə edir. Biz treyderlərimizin bunu həyata keçirməsini təklif edirik”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm