Dövlət Komitəsiylə universitet arasında anlaşma memorandumu imzalandı
Bizi izləyin

Ekopublika.az

Dövlət Komitəsiylə universitet arasında anlaşma memorandumu imzalandı

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Kapital Bazarı üzrə Təlim Mərkəzi (KBTM) ilə Bakı Avrasiya Universiteti (BAAU) arasında Anlaşma Memorandumu imzalanıb.

Publika.az xəbər verir ki, Memorandumunda maliyyə bazarları sahəsinə aid seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihələrin və proqramların həyata keçirilməsi nəzərdə tutulub.

İmzalanma mərasimində KBTM ilə BAAU arasında maliyyə, qiymətli kağızlar bazarları üzrə tədris materiallarının təkmilləşdirilməsi və ayrı-ayrı istiqamətlərdə peşəkar təlimlərin təşkil olunması, həmçinin, gələcəkdə birgə əməkdaşlığın genişləndirilməsi qərara alınıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm