Ekopublika.az
Prezident tərəfindən banklara güzəşt - QƏRAR
Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin Əmanətlərin üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında qərar qəbul edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qərar qəbul edib: Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər 2014-cü il yanvarın 1-dən 1 (bir) il müddətinə gəlir vergisindən azad edilsin. Bununla bağlı İqtisadçı – Ekspert Samir Əliyev –in fikrini öyrəndik. “Bu bir illik qərardır.
Yəni, 2014 –cü ilin Yanvarın 1 –dən Dekabrın 31-dək qüvvədədir. Bundan əvvəldə belə bir güzəşt tətbiq olunub.
Bu güzəşt, təxminən 60 – 70 milyon civarında ümumi əmanətçilərə qazanc verir. Bunun əsas məqsədi, təbii ki, əmanətin stimullaşdırılması idi. Çünki, təxminən 90 –cı illərin sonlarına qədər insanların bank sektoruna inamı demək olar ki, aşağı olub. Səbəb isə, 90 –cı illərin əvvəllərində bankların insanları aldatması olub.
Bunun üçün dövlət, banka olan inamı artırmaq və əmanətləri stimullaşdırmaq üçün bu addımı atıb. Bəzi insanlar, böyük həcmdə vəsaitlərini evlərində, sandıqların içində saxlamağa üstünlük verir. Bu pulların orda qalması, kapitala çevrilir və iqtisadiyyatda istifadə edilmir. Həmin vəsaitləri bank sektoruna yönəldəndə, iqtisadiyyatda istifadəsinə gətirib çıxarır.
Dəqiq olaraq, əmanət şəklində yatırılan vəsaitləri, banklar kredit şəklində iqtisadiyyata yönəldir. Bu baxımdan, əmanətlərin artırılmasının təbii ki, çox müsbət tərəfi var. 2015 –ci ildə güzəştin tətbiq edilməsinə yenə də, dövlət özü qərar verəcək.
Odər Qəni
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi