London dünyanın ən bahalı şəhəridir
Bizi izləyin

Ekopublika.az

London dünyanın ən bahalı şəhəridir

Dünyanın ən bahalı şəhəri İngiltərənin paytaxtı London oldu.

Savills Əmlak Bürosunun açıqladığı son hesabata görə, liderliyi Hong Kongun əlindən alan London Sidneydən 2, Rio da Janeyrodan isə 4 qat daha bahalıdır.

Publika.az xəbər verir ki, Londonun bahalılıqda ilk sırada qərarlaşmasında sterlinqin dollar qarşısında dəyər qazanması əhəmiyyətli rol oynayıb. Çünki bu yüksəliş ofis və büro kirayəyə götürənlərin sürətlə artmasına gətirib çıxarıb.

Şəhərdə bir işçinin ortalama illik xərcləməsi təxminən 94 min avro səviyyəsindədir. 5 il arda-arda ən bahalı şəhər olan Hong Kongda bu rəqəm 90 min avro civarındadır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm