Neft 94 dollar oldu
Bizi izləyin

Ekopublika.az

Neft 94 dollar oldu

London birjasında Brent markalı neftin qiyməti indiyə qədər proqnozlaşdırılmayan səviyyədə kəskin ucuzlaşıb.


Publika.az xəbər verir ki, neftin 1 bareli 94 dollar 48 sentə qədər aşağı enib. Gün ərzində qara qızıl dəyərini 2,6% itirib.

Qeyd edək ki, son 17 ayda hələ belə minimal qiymətlər qeydə alınmayıb. Mütəxəssislər neftin sürətlə ucuzlaşmasını ilk növbədə ABŞ-da şist neft hasilatının artmasında, daha sonra ABŞ və tərəfdaşlarının İŞİD-ə endirdikləri hava zərbələri nəticəsində onların Yaxın Şərqdəki neft infrastrukturu və mədənlərinə bundan sonra bir daha zərər yetirə bilməyəcəkləri kimi pozitiv informasiyaların yayılması, həmçinin Avropada və Çində iqtisadi göstəricilərin aşağı düşməsi ilə izah edirlər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm