• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bank sektorunu kimlər idarə edir?

Bank sektorunu kimlər idarə edir?

Dünyanın ən zəngin 10 bankının adı açıqlanıb.

Siyahının onuncusu Avstraliya bankı elan edilib.

“Commonwealth Bank”ın bazar dəyəri 131.53 milyard dollardır. Tamamilə özəlləşdirilən, beynəlxalq bank xüsusiyyəti daşıyan “Commonwealth Bank” 1911-ci ildə yaradılıb.

Doqquzuncu sırada “Bank of China” yer alır. Bankın bazar dəyəri 115.92 milyard dollardır.

Çinin ən qədim bankı olan “Bank of China” 1912-ci ildə “İmperial Bank of China”nın yerini alıb. Dünyanın bir çox fərqli ölkəsində şöbələri olan bank 2013-cü ildə 26.4 milyard dollar qazanc əldə edib. Hazırda Çinin ən böyük dörd bankından biridir.

Sıralamada Çinin bir bankı da yer alır. “Agricultural Bank of China”nın bazar dəyəri 126.41 milyard dollardır.

“The Agricultural Bank of China” Çinin ən böyük aqrar bankıdır. 320 milyonu aşan pərakəndə satış mağazası, 3 milyona yaxın razılaşmalı müştərisi və dünyaya yayılmış 24 min şöbəsi var.

Məşhur “Citigroup” yeddinci yerdədir. Bankın bazar dəyəri 144.63 milyard dollardır. Mərkəzi Nyu Yorkda yerləşən “Citigroup” Amerikanın ən yaxşı bankları arasında ikinci sıradadır. 2008-ci ildəki iqtisadi böhrandan ciddi mənada təsirlənən ”Citigroup” son illərdə islahatlara gedib.

“China Construction Bank” (Çin) bazar dəyəri 160.83 milyard dollardır. “China Construction Bank” Çinin ən böyük ikinci, dünyanınsa ən zəngin altıncı bankıdır. Bankın dəqiq qazancı keçən ilin sonuna 34.98 milyard dollar olub. 2012-ci ilin məlumatlarına nəzər saldıqda bəlli olur ki, bank gəlirlərini 2013-cü ildə 11 faiz nisbətində artırıb. 2014 iyun ayına bazar dəyəri 160.83 milyard dollara çatıb.

“Bank of America” (ABŞ) - bazar dəyəri 181.77 milyard dollardır. Cəmi gəliriylə Amerikanın ən böyük ikinci bankı olan “Bank of America” 2008-ci ildəki iqtisadi böhran zamanı ipoteka kreditlərini dayandıran banklardan biri idi.

“HSBC Holdinq” (İngiltərə) - bazar dəyəri 191.43 milyard dollardır. Londonda yaradılan “ HSBC Holdinq” siyahıya daxil olan ilk ingilis bankıdır. “HSBC Holdinq” çoxistiqamətli bankçılıq və maliyyə xidmətləri təklif edir.125 milyonu aşan müştərisi, 7000 şöbəsi var. 2013-cü ilin sonunda şirkətin gəliri 2.671 trilyon dollar olub.

“Industrial and Commercial Bank of China” (Çin) - bazar dəyəri 196.21 milyard dollardır.

Çinin ən böyük dörd bankının arasına daxil olan “Industrial and Commercial Bank of China” nın cəmi qazancı 2014-cü ildə 3.1 trilyona yüksəlib. “Commercial Bank of China” 2013-cü ildə olduğu kimi, bu il də qazancının 42.3 milyard dollar olacağını planlaşdırılır.

“JP Morgan Chase” (ABŞ) - bazar dəyəri 229.90 milyard dollardır.

JP Morgan Chase 2000-ci ildə “Chase Manhattan Corporation” və “JP Morgan & Co” şirkətlərinin birləşməsiylə bugünki vəziyyətə gəlib çıxıb. Beynəlxalq bankçılıq və maliyyə xidmətlər təklif edən “JP Morgan Chase” daxilində “JPMorgan” qrupu şirkətin sərmayə işlərini və pul qaynaqlarını idarə edir. “Chase” qrupu kredit kartları və pərakəndə bankçılığa nəzarət edir.

“Wells Fargo” (Amerika) - bazar dəyəri 261.72 milyard dollardır.

“Wells Fargo” maliyyə xidmətləri və şöbələriylə dünyanın ən zəngin bankıdır. “Wells Fargo” yalnız Amerikanın deyil, dünyanın ən zəngin bankı kimi tanınır.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR