5491 müəssisə yaranıb?
Bizi izləyin

Ekopublika.az

5491 müəssisə yaranıb?

2014-cü ilin yanvar-sentyabr aylarında ölkədə qeydiyyata alınan müəssisə və təşkilatların sayı 5491 ədəd təşkil edib.

Publika.az xəbər verir ki, yeni müəssisələrin 57,3 faizi Bakıda, 8,8 faizi Aran, 8,2 faizi Abşeron, 7,7 faizi Lənkəran iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin məlumatına əsasən, 2014-cü ilin yanvar-sentyabr aylarında 55664 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm