Gələn il mineral gübrələrə görə 80 manat subsidiya alacaqlar
Bizi izləyin

Ekopublika.az

Gələn il mineral gübrələrə görə 80 manat subsidiya alacaqlar

Gələn il kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə olunan mineral gübrələrə görə fermerlərə verilən subsidiyanın məbləği 80 manat olacaq.

Nəzərə çatdıraq ki, cari il üçün bu rəqəm 50 dollar nəzərdə tutulub.

Publika.az Maliyyə Nazirliyinin açıqladığı 2015-ci ilin dövlət və icmal büdcələrinin təqdimatına istinadən bildirir ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üçün 2015-ci il dövlət büdcəsində 186,2 mln. manat vəsait nəzərdə tutulub. Bu, 2014-cü illə müqayisədə 55,2 mln. manat və yaxud 42,1% çoxdur.

2015-ci ildə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üçün 40 manat nəzərdə tutulub. Bu da 2014-cü ilin proqnozundan 5,0 milyon manat və ya 14,3 faiz yüksəkdir. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 5,0 milyon manat nəzərdə tutulub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm