Azərbaycanda dəmir yolunun işarəvermə və rabitə sistemi yenidən qurulacaq
Bizi izləyin

Ekopublika.az

Azərbaycanda dəmir yolunun işarəvermə və rabitə sistemi yenidən qurulacaq

Azərbaycanın polad magistrallarının modernləşdirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir.

Azərbaycanın polad magistrallarının modernləşdirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən bildiriblər ki, Dövlət Proqramı çərçivəsində dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında bir mərkəzdən idarə edilməsi ilə əvəzlənməsi işlərinə başlanıb. Bu sistemdə qatarların hərəkətinə monitorlar vasitəsilə texniki və vizual nəzarət, hərəkət heyəti ilə birbaşa rabitə əlaqəsi yaratmaq, təkər cütlərinin qızmasını və nasazlığını aşkar edən təhlükəsizlik cihazlarının quraşdırılması, dəmir yolu-avtomobil keçidlərinin tam avtomatlaşdırılaraq yenidən qurulması nəzərdə tutulub.

Bakı-Böyük Kəsik sahəsində elektrik təchizatı, işarəvermə və rabitə sistemi 4 il müddətində tam yenidən qurulacaqdır. Avtomatlaşdırılmış telemexanika, rabitə avadanlığı və sistemləri yenisi ilə əvəz olunacaq.

Ötən ilin ikinci yarısında işarəvermə və rabitə sisteminin modernləşdirilməsi məqsədilə tender elan edilib. Tenderin qalibi İsveçin “Bombardier” şirkəti olmuşdur. Keçən ilin sonlarında dəmir yolu nəqliyyatı mütəxəssisləri “Bombardier” şirkəti ilə birgə Böyük Kəsik-Gəncə (I mərhələ) sahəsində texniki şərtləri hazırlayıblar.

Hazırda layihə-quraşdırma işləri gedir. /Azərtac/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm