• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bakıda Beynəlxalq Tədqiqat Konfransı öz işinə başlayıb

Bakıda Beynəlxalq Tədqiqat Konfransı öz işinə başlayıb

Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə bu gün “İnkişaf etməkdə olan ölkələrdə makroiqtisadi siyasət və maliyyə sabitliyi məsələləri” mövzusunda 1-ci Beynəlxalq Tədqiqat Konfransı öz işinə başlayıb.

Publika.az xəbər verir ki, konfransda 15 ölkənin mərkəzi bankları və universitetlərindən 30-a yaxın tanınmış tədqiqatçı, habelə ölkəmizin qabaqcıl ali məktəb, beyin mərkəzlərinin tədqiqatçıları və maliyyə-bank sferasının nümayəndələri iştirak edirlər.

Tədbiri Azərbaycan Mərkəzi Bankının sədr müavini Xəqani Abdullayev çıxış niqti ilə açaraq dünyada makroiqtisadi siyasət sahəsində son meyillər barədə təqdimat edib.

Konfransda professor Coşua Ayzenman (ABŞ-ın Kaliforniya Universiteti) və professor Refet Gürkaynak (Türkiyənin Bilkent Universiteti) tərəfindən günün məruzələri edilib.

Daha sonra sessiyalar üzrə post-böhran dövründə qlobal tarazlığın bərpası və makroiqtisadi çağırışlar, inkişaf etməkdə olan ölkələrdə monetar siyasət çərçivəsi, mərkəzi banklarda modelləşdirmə və proqnozlaşdırma təcrübəsi, makro-prudensial siyasət və maliyyə bazarlarının tənzimlənməsi kimi məsələlər ətrafında təqdimatlar edilib və müzakirələr aparılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR