Bakı-Novorossiysk neft kəməri ilə ixrac 50 faizə yaxın azalıb
Bizi izləyin

Ekopublika.az

Bakı-Novorossiysk neft kəməri ilə ixrac 50 faizə yaxın azalıb

Dövlət Neft Şirkəti 2014-cü ilin yanvar-oktyabr aylarında Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri ilə 847,352 min ton neft yola salıb.

Publika.az xəbər verir ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisi ilə müqayisədə nəqlin həcminin 43,4% azalması deməkdir. 2014-cü ilin oktyabrında SOCAR Novorossiysk limanından 84,769 min ton Azərbaycan nefti yola salıb.

Xatırladaq ki, ARDNŞ cari ildə Bakı-Novorossiysk boru kəməri ilə hər ay 85 min ton neft nəql etməyi planlaşdırır (il ərzində 1 mln. 20 min ton).

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm