• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Avropa Komissiyası DESFA-nın SOCAR-a satışını təsdiqləmək istəmir

Avropa Komissiyası DESFA-nın SOCAR-a satışını təsdiqləmək istəmir

Dövlət Neft Şirkətinin (ARDNŞ) Yunanıstanın DESFA şirkətini alması təşəbbüsü Rusiyanın "Cənub axını” layihəsi kimi tarixin arxivinə gedə bilər.

Publika.az-ın xəbərinə görə, Avropa Komissiyası bu alqı-satqının əleyhinə çıxıb. Komissiya gözlənilmədən elan edib ki, ARDNŞ Yunanıstanın qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin alınmasına dair sövdələşməsini təsdiqləməyə bilər.

AK-nın rəyinə görə, bu sövdələşmə Yunanıstana təbii qazın topdan satışında rəqabəti poza bilər. Çünki birləşmiş şirkət SOCAR-ın rəqiblərinə Yunanıstanın qaz kəmərləri şəbəkəsinə çıxışına mane olmağa imkan verəcək. Avropa Komissiyası Yunanıstan hökumətinin ölkənin energetika bazarının liberallaşdırılması və modernləşdirilməsinə yönələn özəlləşdirmə proqramı çərçivəsində DESFA-nı satışa çıxarmasının rəqabət mühitinə zərbə vurmamasına, nəticədə Yunanıstan istehlakçılarının qaza görə daha yüksək qiymət ödəməsinə gətirib çıxarmamasına çalışır.

Avropa Komissiyasının bu sövdələşməyə dair qərar çıxarmaq üçün 90 iş günü, yəni 2015-ci il, martın 23-dək vaxtı var.

Xatırladaq ki, ötən ilin sonunda ARDNŞ Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund - HRADF) və "Petroleum" şirkəti ilə DESFA şirkətinin (Yunanıstanın milli qazpaylayıcı şəbəkəsinin operatoru) səhmlərinin 66 faizinin alınmasına dair saziş imzalayıb.

Bundan əvvəl HRADF-nin elan etdiyi beynəlxalq tenderin yekunlarına görə, tərəflər səhmlərin alqı-satqısı və səhmdarlar haqqında sazişlər imzalayıblar.

İmzalanmış sənədlər onların Avropa Komissiyasının Energetika və Antiinhisar siyasəti məsələləri üzrə baş müdiriyyətləri tərəfindən imzalanmasından sonra qüvvəyə minəcəyi deyilirdi.

Onu da bildirək ki, ARDNŞ-dan başqa “DESFA”ya Rusiyanın “Sintez” şirkətlər qrupu və “PPF-Terna” müştərək yunan-çex şirkəti iddia edib. Lakin 2013-cü ilin iyununda qeyd olunan iki şirkət “DESFA”nın satışı üzrə müsabiqədə iştirak etməyib geri çəkilib. Nəticədə ARDNŞ meydanda tək qalıb. “Hellenic Petroleum” şirkətinin İdarəetmə Şurası isə ARDNŞ-in “DESFA” nın səhmlərinin 66%-nə görə 400 milyon avro məbləğində vəsait təklifini daha faydalı sayaraq onu qəbul edib.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR