Rublun ucuzlaşması Şəmkir fermerlərini müflis etdi
Bizi izləyin

Ekopublika.az

Rublun ucuzlaşması Şəmkir fermerlərini müflis etdi

Bu il Şəmkirdə xurma bağlarından Rusiyaya məhsul daşınmasının həcmi azalıb.

Axar.az-a rayondan verilən özəl məlumatda deyilir ki, Rusiyada rublun ucuzlaşması Azərbaycandan bu ölkəyə məhsul ixracının qiymətinə və tələbatına təsir edib. Buna görə də Şəmkirdə xurma bağları olan fermerlər ziyanla işləyib.

Bağlarda bu meyvənin məhsulları olduğu kimi qalıb, yerli bazarda dəyər-dəyməzinə satılmağa başlanıb və kəndlilər ciddi itki veriblər.

Fermerlər qeyd edirlər ki, xurma məhsulları ilə bağlı böhran dalğasının bir mərhələsi “Parkovka” meyvə-tərəvəz bazarının bağlanmasında yaşandı. Biryulevo bölgəsində həmyerlimiz Orxan Zeynalovun törətdiyi qətlə görə baş qaldıran iğtişaşlardan sonra bazar qapadıldı və şəmkirlilər xurma məhsullarını aparıb sata bilmədilər. Növbəti problem isə rublun ucuzlaşmasından sonra müşahidə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm