Azərbaycan enerji mövzusunda Avropa üçün yeni bir mənbə ola bilər
Bizi izləyin

Ekopublika.az

Azərbaycan enerji mövzusunda Avropa üçün yeni bir mənbə ola bilər

Rusiya ilə Avropa Birliyi arasında hər qış yaşanan təbii qaz böhranının təkrarlanmaması üçün Macarıstan alternativ variantlar axtarır. Bu hədəflə Budapeşt rəhbərliyi Azərbaycanla Strateji Əməkdaşlıq müqaviləsinə imza atıb.

Publika.az “euronews” a istinadən bildirir ki, Macarıstanın baş nazir Viktor Orbán Azərbaycan qazı sayəsində ölkəsindəki təbii qaz qiymətlərinin də düşəcəyini ümid edir:”Hal-hazırdakı müqavilələr Azərbaycanın enerji ehtiyatlarının Avropanın cənubuna çatmasına qarantiya verir. Gələcək illərdə üzərimizə düşən vəzifə Azərbaycan qazının Cənubi Avropadan Orta Avropaya gəlməsi üçün lazımlı şərtləri bir araya gətirməkdir. Bunu bacarmağın yalnız bir yolu var. O da qonşu ölkələrin boru xəttlərini bir-birlərinə bağlaması".

Qeyd edək ki, ötən həftə Macarıstan Parlamenti “Cənub Axını” layihəsinin inşaat işlərinin sürətləndirilməsi istiqamətində bir qanun da təsdiqləyib.

Azərbaycan prezidenti İlham Əliyev isə bu haqda bildirib ki, Azərbaycan enerji mövzusunda Avropa üçün yeni qaynaq halına gələ bilər: “Ölkəmizin də Avropa bazarına ehtiyacı var. Azərbaycan böyük qaz və neft ehtiyatlarına sahibdir. Bu qaz və nefti Avropaya ixrac edə bilərik”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm