G20 sammiti: iqtisadi islahatlar və Ukrayna böhranı
Bizi izləyin

Ekopublika.az

G20 sammiti: iqtisadi islahatlar və Ukrayna böhranı

Avstraliyanın Brisben şəhərində keçirilən G20 sammitinin əsas mövzusu iqtisadi islahatlara həsr olunub. Həmçinin sammitin keçiriləcəyi iki gün ərzində Rusiyanın Ukraynadakı böhranda rolunun da müzakirə olunacağı gözlənilir.


Publika.az BBC telekanalına istinadla xəbər verir ki, sammitin açılışını edən Avstraliyanın Baş naziri Toni Ebbott müzakirələrin iqtisadi islahatlar siyasəti üzərində cəmləşməsini istədiyini, lakin hər bir ölkə liderinin istədiyi mövzunu qaldıra biləcəyini qeyd edib.

"Hərçənd ki, bu bizim görüşümüzdür və hər biriniz istənilən mövzunu qaldıra bilərsiz”, Baş nazir əlavə edib.


Vladimir Putin G20 sammiti ərəfəsində Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların nəinki “böyük iyirmiliyin” fəaliyyət planına, həmçinin beynəlxalq hüquqa və Dünya Ticarət Təşkilatının prinsiplərinə zidd olduğunu bildirib. Lakin bir çox Qərb liderlərinin mövqeyi nəzərə alınarsa, Brisbendə Rusiyanın Ukraynanın şərqində yaranmış böhrandakı rolu və hətta yeni sanksiyaların qəbulu barədə müzakirələrin aparılacağı gözlənilir.

Kremlin mətbuat xidməti Prezident Vladimir Putinin sammit çərçivəsində Britaniyanın Baş naziri Devid Kemeron, Fransa Prezidenti Fransua Olland, İtaliyanın Baş naziri Matteo Rentsi və Almaniya kansleri Angela Merkellə ikitərəfli görüşlər keçirəcəyi barədə məlumat yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm