Ekopublika.az
Ötən il xarici ticarət dövriyyəsi 43,5 milyard dollar olub
2013-cü ildə Azərbaycan Respublikasının rezidentləri dünyanın 149 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 105 ölkəyə əmtəə ixrac olunub, 141 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Publika.az-a
verilən məlumata görə, xarici ticarət dövriyyəsi iştirakçılarının
29-u Amerika, 49-u Avropa, 38-i Asiya ölkələri və digərləridir.
Statistik məlumatlara əsasən, il ərzində xarici ticarət dövriyyəsi
43,5 milyard ABŞ dolları təşkil edib və 2012-ci illə müqayisədə 2,7
faiz artıb. Dövriyyənin 32,8 milyard dolları ixracın, 10,7 milyard
dolları idxalın payına düşüb, nəticədə 22,1 milyard dollarlıq
müsbət saldo yaranıb.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz,
meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal
məhsulları arasında qida məhsulları, qara metallar və onlardan
hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları,
avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük
təşkil edib.
Qeyri-neft məhsullarının ixracı 2012-ci illə müqayisədə 6,0 faiz
artaraq 1773,0 milyon dollar təşkil edib. Adambaşına düşən
qeyri-neft məhsullarının ixracı 8,3 dollar artaraq 190,7 dollara
bərabər olub.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO