Azərbaycanda qadınların İKT Klubu yaradılır
Bizi izləyin

Ekopublika.az

Azərbaycanda qadınların İKT Klubu yaradılır

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində çalışan qadınlardan ibarət ilk peşəkar qurum – Azərbaycan Qadınlarının İKT Klubu (AQİK/“FEMMES DIGITALES”) yaradılır.



Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) Publika.az-a verilən məlumata görə, klubun rəsmi açılış mərasimi dekabrın 3-də “Bakutel-2014” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində Bakı Sərgi Mərkəzində keçiriləcək.AQİK-nın yaradılmasında məqsəd dövlət və özəl sektorlarda, habelə ictimai fəaliyyət sahələrində İKT istiqaməti üzrə çalışan fəal qadın və qızları bir araya gətirməkdir. Klubun üzvlərinə təlim kursları keçiriləcək, karyera qurmaq imkanları yaradılacaq.



Klubun təsisçiləri “B.est Solutions”, “Microsoft”, “HP”, “Azercell”, “Bakcell”, “Azerfon”, “BBTV”, RYTN, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi və digər təşkilatlarda çalışan qadınlardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm