"Cənub Qaz Dəhlizi" 2019-cu ildək hazır olmalıdı
Bizi izləyin

Ekopublika.az

"Cənub Qaz Dəhlizi" 2019-cu ildək hazır olmalıdı

Xəzər regionundan "Cənub Qaz Dəhlizi" ilə üzrə ilk qazın 2019-cu ildə Avropaya çatdırılması planlaşdırılır.

Publika.az-ın məlumatına görə, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç deyib.

Onun sözlərinə görə, Rusiyanın "Cənub axını"nın tikintisindən imtina etməsindən sonra "Cənub Qaz Dəhlizi" konsepsiyası prioritetlərdən birinə çevrilir.

M.Şevçoviç əlavə edib ki, Aİ Azərbaycan və Türkiyədən "Cənub dəhlizi" çərçivəsində layihələrin reallaşdırılmasına sadiqlik üzrə təminat alıb: "Hər iki ölkə hakimiyyəti ilə təmaslarımız zamanı təminat aldım ki, onlar "Cənub Qaz Dəhlizi" çərçivəsində layihələrin yaradılmasına sadiqdirlər. Bura Transxəzər qaz kəməri də aiddir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm