Putinin 40 oliqarxla görüşünün sirri açıldı - DETALLAR
Bizi izləyin

Ekopublika.az

Putinin 40 oliqarxla görüşünün sirri açıldı - DETALLAR

Rusiyada rublun kəskin ucuzlaşdığı "Qara bazar ertəsi”dən sonra ölkənin prezidenti Vladimir Putin 40-a yaxın oliqarxla görüşüb. Görünən odur ki, bu görüşlər işə yarayıb. Çünki dollar rubl qarşısında 56 rubl səviyyəsinə geriləyib. Hansı ki, keçən həftə 1 dollar 70 rubl idi.

Publika.az xəbər verir ki, Putinin cümə axşamı Kremlə yığdığı 40 oliqarxdan nə istədiyi yavaş-yavaş mətbuata sızmağa başlayıb. “Vedomosti” qəzetinin yazdığına görə, Putin oliqarxlardan ilk etapda əllərindəki valyutanın çoxunu bazara buraxmalarını istəyib. Bu, təxminən bazara 10 milyard dolların çıxarılmasıdır. Artıq bazar günündən oliqarxlar hər gün bazara 1 milyard dollar çıxarırlar.

600 MİLYARD DOLLAR BORC

12 gün davam edəcək yeni il tətilindən sonra üçün də planlaşdırma aparan Putin neftin qiymətinin uzun müddət aşağı səviyyədə qala bilməyəcəyini deyib. İqtisadiyyata 2008-ci il böhranından çıxış modelini tətbiq etməyi qərara alıb. Plana görə, rus banklarına sərmayələrini 10 faiz artırmaları üçün 1 trilyon rubl (təxminən 16,5 milyard dollar) pul axıdılacaq. Bu nəhəng vəsaitin əsas hissəsini Rusiyadakı dövlət şirkətləri təmin edəcək. Yerdə qalan hissəsini isə ucuz və uyğun vədəli kreditlər formalaşdıracaq. Putin hökumətinin Mərkəz Bank, Maliyyə Nazirliyi və oliqarxlarla birlikdə böhrana qarşı proqramın topal tərəfi də var. Rusiyanın valyuta ehtiyatları 400 milyard dollar ətrafında olmasına baxmayaraq, özəl şirkətlərin yığılmış xarici borcları 600 milyard dollar səviyyələrindədir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm