Azərbaycan ötən il avtomobil idxalını 40 faiz azaldıb
Bizi izləyin

Ekopublika.az

Azərbaycan ötən il avtomobil idxalını 40 faiz azaldıb

2014-cü ildə Azərbaycana 63 368 ədəd avtonəqliyyat vasitəsi idxal edilib. 2013-cü ildə bu rəqəm 104 385 ədəd olub. Bu barədə Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir.

İdxal edilən avtomobillərin 57 615 avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2013-cü ildə bu göstərici 94 879 ədəd təşkil edib.

Bundan başqa, ötən il ölkəyə 5054 yük avtomobili idxal edilib. Bu rəqəm 2013-cü ildə 7823 ədəd olub. İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm