Sanksiyalar ləğv olunsa belə, Rusiyada iqtisadi canlanma 5 il sonra başlayacaq
Bizi izləyin

Ekopublika.az

Sanksiyalar ləğv olunsa belə, Rusiyada iqtisadi canlanma 5 il sonra başlayacaq

Maliyyə böhranının dərinləşdiyi Rusiyaya son zərbəni kredit dərəcələndirmə təşkilatı S&P vurub.

Standart & Poor's son 10 ildə ilk dəfə Rusiyanın reytinqini “investisiya üçün qeyri qənaətbəxş” qiymətləndirib. Və

Bolqarıstan, İndoneziya səviyyəsinə endirib.

Publika.az xəbər verir ki, neftin qiymətinin düşməsi, rus rublunun dəyər itirməsi səbəbindən S&P-nin belə bir qərar verəcəyi gözlənilən idi.

Kredit reytinqinin salınması,2014-cü ildə ölkədən 151 milyard dollar sərmayənin çıxarılması böhranın daha da dərinləşəcəyinə işarə edir.

Nəzərə alsaq ki, digər beynəlxalq kredit dərəcələndirmə təşkilatları da Rusiyanın göstəricilərini aşağı endiriblər. Bu, hətta böhrandan sonra belə iqtisadi canlanmanın çətin və bahalı olacağı deməkdir. Bundan əlavə,mütəxəssislər də hesab edir ki, hətta Ukrayna böhranı səbəbindən tətbiq edilən maliyyə sanksiyaları ləğv olunsa Rusiyada iqtisadi canlanma ən az 5 il sonra başlayacaq.

Standart & Poor's –ın qərarına gəlincə, bu bəzi sərmayəçilərin davranışlarında rəsmi olaraq dəyişikliyə səbəb olacaq. Bu halda 2016-2017-ci illərdə defolt riski istisna edilmir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm