İki ayda 254,7 milyon manatlıq xidmət göstərilib
Bizi izləyin

Ekopublika.az

İki ayda 254,7 milyon manatlıq xidmət göstərilib

İnformasiya və rabitə sektorunda bu ilin yanvar-fevral aylarında təsərrüfat subyektlərinə və əhaliyə 254,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 10 faiz çox xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,3 faiz təşkil edib. Bu gəlirlərin 53,7 faizi mobil telefon rabitəsindən əldə olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 1,9 faiz artaraq 136,8 milyon manat təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm