İran benzinin qiymətini qaldırır
Bizi izləyin

Ekopublika.az

İran benzinin qiymətini qaldırır

İran martın 21-dən benzinin qiymətini qaldıracaq.

Publika.az xəbər verir ki, İran parlamentində bu barədə qərar qəbul edilib. Qərara görə, martın 21-dən dövlət tərəfindən dotasiya edilən benzin qiyməti 5% qalxacaq.

Xatırladaq ki, İranda benzinə kvota 2007-ci ilin yayında tətbiq edilib. Hər bir avtomobil sahibi şəxsi məlumatların daxil edildiyi xüsusi karta (iranlılar onu “karte xuşmənd”, ağıllı kartlar) malikdir. Bu kart vasitəsilə iranlılar güzəştli qiymətlərlə benzin ala bilərlər. Hər bir nəqliyyat sahibi üçün 60 litr norma müəyyənləşdirilib. İran vətəndaşları “kvotalı” benzini subsidiya daxil olmaqla 7 min riala ala bilirlər.

Martın 21-dən bir litr yanacaq üçün 7 350 rial ödəmək lazım gələcək. Normadan artıq satılan benzinin qiyməti də bahalaşacaq. Bügünkü 10 min rial əvəzinə 10.5 min rial ödəyəcəklər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm