Fevralda 3 milyon manat icbari sığorta haqqı yığılıb – STATİSTİKA
Bizi izləyin

Ekopublika.az

Fevralda 3 milyon manat icbari sığorta haqqı yığılıb – STATİSTİKA

Fevral ayında daşınmaz əmlakın icbari sığortası üzrə 13,448, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 712, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 58 sığorta müqaviləsi bağlanıb.

İcbari Sığorta Bürosundan Publika.az - a verilən xəbərə görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 3,807,506 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 49,200 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 11,002 manat təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 7% azalma, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 57% artım, sərnişinlərin icbari fərdi qəza sığortası müqavilələrinin sayında 5,8 dəfə artım olub.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 76,03% - i yaşayış evləri və mənzillər, 0,42%- i inzibati binalar, 23,55% - i digər daşınmaz əmlakla bağlı olub. İcbari qaydada sığortalanmış daşınmaz əmlakların şəhər və rayonlar üzrə bölgüsünə gəlincə, Bakı 33, Sumqayıt 7, Gəncə 3, İmişli 2 faiz təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm