• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Mərkəzi Bankda MONEYVAL-ın qiymətləndirmə missiyası ilə görüş keçirilib

Mərkəzi Bankda MONEYVAL-ın qiymətləndirmə missiyası ilə görüş keçirilib

Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) qiymətləndirilməsi missiyasının rəhbəri Con Beykerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Musavat.com-a Mərkəzi Bankdan verilən məlumata görə, missiyanın məqsədi MONEYVAL-ın daxili prosedur qaydalarına uyğun olaraq, Azərbaycanda maliyyə sisteminin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinə qarşı həssaslığını beynəlxalq standartlar əsasında qiymətləndirməkdən ibarətdir.

Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev ölkəmizin MONEYVAL ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayaraq, banklarda çirkli pulların leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində görülmüş işlərə dair ətraflı məlumat verib.

A.Quliyev bildirib ki, Mərkəzi Bank qiymətləndirmə missiyasının işinə böyük önəm verir və Bankın heyəti MONEYVAL ekspertlərinə lazımi dəstəyi təmin etməyə hazırdır.

Missiya rəhbəri Con Beyker Azərbaycan ilə MONEYVAL arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu bildirərək, son illərdə ölkədə bu sahədə banklarda görülmüş işlərə dair Mərkəzi Bankın fəaliyyətini yüksək qiymətləndirib. Azərbaycanda Cinayət Məcəlləsinin və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanununun təkmilləşdirilməsini, Mərkəzi Bank yanında Maliyyə Monitorinq Xidmətinin yaradılmasını böyük uğur adlandıran missiya rəhbəri hazırkı qiymətləndirmənin daha çox mövcud qanunvericiliyin tətbiqinə yönələcəyini vurğulayıb.

Görüşdə həmçinin Mərkəzi Bank ilə MONEYVAL arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR