Beynəlxalq Banka sədr təyin edilməyib – AÇIQLAMA
Bizi izləyin

Ekopublika.az

Beynəlxalq Banka sədr təyin edilməyib – AÇIQLAMA

Mətbuatda Azərbaycan Beynəlxalq Bankına yeni rəhbər təyin olunması haqqında məlumatlar yer alıb. Yeganə dövlət bankının rəhbərliyinə "PaşaBank"ın İdarə Heyətinin sədri Fərid Axundovun gətirildiyi qeyd edilir.

Azərbaycan Beynəlxalq Bankı mətbuat xidmətinin rəhbəri Rauf Ağayev Publika.az-a açıqlamasında onda belə bir xəbərin olmadığını qeyd etdi. Bildirdi ki, banka rəhbər təyin edilmir, səhmdarlar tərəfindən seçilir. Bunun üçün də səhmdarların iclası keçirilməlidir.

Xatırladaq ki, Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev cari ilin mart ayının 18-də istefa verib. İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayevə həvalə edilib.

Bankın səhmdarlarına gəlincə, qeyd edək ki, 50,65 faizlə Maliyyə Nazirliyi bankın əsas səhmdarıdır. 2012-ci ilə olan rəqəmlərə əsasən səhm paketində qeyri-dövlət müəssisələrinin payı 2,73%, fiziki şəxslərin payı 39,17%, xarici təsisçilərin payı 7,9% olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm