ÜDM 6 faiz artıb
Bizi izləyin

Ekopublika.az

ÜDM 6 faiz artıb

Birinci rübdə ölkədə istehsal edilən ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 5,3 faiz artaraq 11,5 milyard manata çatıb.

Publika.az xəbər verir ki, İqtisadiyyatın qeyri-neft sahələrində yaradılan əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,0 faiz, neft-qaz sektorunda isə 3,4 faiz artıb.

Bu dövrdə ümumi daxili məhsulun 34,7 faizi sənayedə, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 12,5 faizi tikintidə, 11,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 2,2 faizi informasiya və rabitə xidmətlərində, 16,2 faizi isə sosial və digər xidmətlər sahəsində yaradılıb.

Məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm