Aktuarilərə sertifikatlar təqdim edilib
Bizi izləyin

Ekopublika.az

Aktuarilərə sertifikatlar təqdim edilib

Maliyyə Nazirliyinin, Azərbaycan Sığortaçılar Assosiasiyasının və Azərbaycan Aktuarlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Aktuari Təlim Proqramını bitirən aktuarilərə sertifikatlar təqdim edilib.

Publika.az-ın xəbərinə görə, təqdimat mərasimində çıxış edən Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov sığorta bazarı üçün aktuarilərin xüsusi rolunu vurğulayıb. Bildirib ki, aktuari şəhadətnaməsi almaq üçün mübarizə aparanlardan 10 faizi şəhadətnaməsinə layiq görülüb.

N.Xəlilovun sözlərindən bəlli olub ki, kursda təhsil alan, lakin şəhadətamə almayan aktuarilər də bank, sığorta sektorunda fəaliyyət göstərirlər. O həmçinin qeyd edib ki, şəhadətamələr 5 illik müddətinə verilir.

Tədbirdə o da məlum olub ki, Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları üçün də aktuari kursları təşkil ediləcək. Bundan əlavə, Prezident yanında Dövlət İdarəçilik Akademiyası ilə belə bir fakultənin açılmasına dair danışıqlar gedir.

N.Xəlilov onu bildirib ki, bu il sentyabrın 28-29-da Bakıda Beynəlxalq Aktuarilər Assosiasiyasının komitələrindən biri olan Avrasiya və Orta Şərq Komissiyasının iclası keçiriləcək:“Tədbirdə 100-ə yaxın mütəxəssisin iştirakı gözlənilir. İclasa, həmçinin Beynəlxalq Aktuarilər Assosiasiyasının prezidenti də dəvət olunub. Bu, Azərbaycanda keçiriləcək ilk beynəlxalq aktuari tədbiri olacaq”, - deyə Namiq Xəlilov vurğulayıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm